"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub

"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub O, bu vəzifədə Ağa-Əli Kamalovu əvəz edib
Maliyyə
3 İyul , 2015 17:37
PAŞA Bankın Müşahidə Şurasına yeni sədr təyin olunub

Bakı. 3 iyul. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub. "Report"un Banka istinadən verdiyi xəbərə görə, Şuranın sədri təyin olunan Mir Camal Paşayev əvvəllər bu vəzifəni daşıyan Ağa-Əli Kamalovu əvəz edib. 

Bankdan bildirilib ki, həmçinin dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvləri siyahısına Fərid Axundov da daxil edilib. Hazırda Müşahidə Şurasının üzvləri Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı, Kəmalə Nuriyevadır.

Qeyd edək ki, Ağa-Əli Kamalov hazırda Türkiyədəki "Paşabank Yatırım Bankası"nın Müşahidə Şurasının sədridir. Yeni təyin olunan Mir Camal Paşayev isə həm də "PAŞA Holdinq"in icraçı direktorudur.

Son xəbərlər

Orphus sistemi