Bakı. 22 fevral. REPORT.AZ/ Martın 7-də "Parabank" ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. Toplantı Bankın Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,60 ünvanında yerləşən baş ofisinin akt zalında təşkil olunacaq.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, yığıncağın gündəliyinə bankların birləşməsi, nizamnaməyə dəyişiklik edilməsi, "Parabank"ın Müşahidə Şurası, İdarə Heyəti, Audit Komitəsinin yeni tərkibinin seçilməsi daxildir.