“Panasonic” maliyyə ilini ən aşağı satış göstəricisi ilə tamamlayıb

“Panasonic” maliyyə ilini ən aşağı satış göstəricisi ilə tamamlayıb Hesabat dövründə şirkətin ümumi mənfəəti 27% azalaraq 165,1 milyard yenə (1,5 milyard ABŞ dolları) düşüb
Maliyyə
10 May , 2021 16:09
“Panasonic” maliyyə ilini ən aşağı satış göstəricisi ilə tamamlayıb

Yaponiyanın “Panasonic” şirkəti 2020-ci maliyyə ilini (2021-ci il martın 31-də sona çatıb) son 25 ildəki ən aşağı satış həcmi ilə başa vurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şirkətin bu gün dərc olunan hesabat məlumatları göstərir.

Məlumata görə, şirkətin keçən maliyyə ilində satışları 6,69 trilyon yen (təxminən 63 milyard ABŞ dolları) təşkil edib ki, bu da öncəki ilə nisbətən 11% azdır. İl ərzində şirkətin ümumi mənfəəti 27% azalaraq 165,1 milyard yenə (1,5 milyard ABŞ dolları) düşüb. Satış və mənfəətin azalmasının əsas faktoru kimi korporasiya koronavirusun dünyada yayılması ilə bağlı vəziyyəti qeyd edib.

Eyni zamanda, “Panasonic” 2021-ci maliyyə ilində (aprelin 1-də başlayıb) ümumi iqtisadi dirçəliş fonunda şirkətin satışlarda və ümumi mənfəətdə artım əldə edəcəyini gözləyir. O cümlədən şirkət ümumi mənfəətdə 28%-lik artım gözləyir.

Son xəbərlər

Orphus sistemi