"Oxford Economics": Türkiyə inkişaf etməkdə olan ölkələrdən ən həssasıdır

"Oxford Economics": Türkiyə inkişaf etməkdə olan ölkələrdən ən həssasıdır Qurum ən etibarlı inkişaf etməkdə olan ölkə isə Cənubi Koreyanı hesab edib
Maliyyə
28 Fevral , 2017 11:49
Oxford Economics: Türkiyə inkişaf etməkdə olan ölkələrdən ən həssasıdır

Bakı. 28 fevral. REPORT.AZ/ İnkişaf etməkdə olan ölkələrin maliyyə bazarları (emerging markets) arasında ən həssas olanı Türkiyədir.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Oxford Economics" araşdırma mərkəzinin iqtisadçısı Simom Knapp fevral ayı üçün hazırladığı inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarının həssaslıq reytinqi hesabatında bildirib. 

Hesabata görə bu kateqoriyadan olan ölkələr arasında ən etibarlı isə Cənubi Koreya olub. 13 ölkədən ibarət olan reytinq cədvəlində Türkiyədən sonra Cənubi Afrika və Malayziya qərarlaşıb. 

Siyasi amillər nəzərə alınmadan, ancaq xarici şoklara qarşı dayanıqlılığı ölçmək üçün istifadə olunan, 17 göstəriciyə görə tərtib olunan reytinqdə Cənubi Koreyadan sonra ən az həssas ölkələr sırasında Tailand və Filippin yer alıb.

S. Knappa görə, Türkiyənin əsas problemləri zəif xarici valyuta mövqeyi, izafi kreditləşmə, real faizin azlığı, iqtisadi artım və inflyasiya göstəricilərində hədəfdən kənarlaşmadır. 

Son xəbərlər

Orphus sistemi