​Ötən il AMB faiz dərəcələrinin parametrlərində 2 dəfə dəyişiklik edib

​Ötən il AMB faiz dərəcələrinin parametrlərində 2 dəfə dəyişiklik edib Ötən ilin 11 ayında manatla pul kütləsi tələbə uyğun olaraq 6.6% artıb
Maliyyə
3 Yanvar , 2015 12:15
​Ötən il AMB faiz dərəcələrinin parametrlərində 2 dəfə dəyişiklik edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Mərkəzi Bankı iqtisadi artımın daxili və xarici amillərini, iqtisadi tsikldəki meylləri nəzərə alaraq pul siyasətini yumşaldıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda həmçinin bankların xarici və daxili öhdəlikləri üzrə məcburi ehtiyat normalarının 3%-dən 2%-ə endirildiyi qeyd edilir.
Ötən ilin 11 ayında manatla pul kütləsi tələbə uyğun olaraq 6.6% artıb. Qeyri-nağd pul kütləsinin artımı isə nağd pul kütləsinin artımını 22% bəndi üstələyərək 28,6%-ə çatıb.

AMB həmçinin qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq üçün faiz dərəcələri dəhlizi parametrlərinə 2 dəfə dəyişiklik edib. Nəticədə uçot dərəcəsi mərhələlərlə 4.75%-dən 3.5%-ə endirilib. 

Son xəbərlər

Orphus sistemi