Dövlət Gömrük Komitəsi hibrid avtomobillərinin rüsumdan azad edilməsini məqsədəuyğun saymır

Dövlət Gömrük Komitəsi hibrid avtomobillərinin rüsumdan azad edilməsini məqsədəuyğun saymır Ölkəyə gətirilən Hybrid nəqliyyat vasitəsinin mühərrikinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır.
Maliyyə
26 Noyabr , 2019 17:41
Dövlət Gömrük Komitəsi hibrid avtomobillərinin rüsumdan azad edilməsini məqsədəuyğun saymır

"Ölkəyə gətirilən "Hybrid" nəqliyyat vasitəsinin mühərrikinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır". 

"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

"Bir "Lexus"a tətbiq edilən gömrük rüsumu hara, hibrid nəqliyyat vasitəsinə tətbiq edilən 1500-2000 manat hara. Yəni bu nə rüsumdur ki, son dövrlər "Dövlət Gömrük Komitəsi gətirməyə qoymur" deyirlər. Yenə deyirəm ki, DGK icraedici orqandır. Hökumət müzakirələrdə nəyi məsləhət görürsə, biz onu tənzimləyirik. Amma vergitutma bazası baxımından "Hybrid" maşınları minimum həddədir. Minimal məbləğdə olan gömrük rüsumundan azad olunmasından biz söhbət edirik".

DGK rəsmisi bildirib ki, rüsumların ləğvi Komitənin qərarı ilə reallaşan məsələ deyil: "Biz bir neçə istiqamətdə təklif veririk, müzakirə olunur, qəbul olunur və ya bizə geri dönür ki, bu gün bunun zamanı deyil və ya elə bir arqument qarşımıza qoyurlar ki, biz səhv olduğumuzu, digər dövlət qurumlarının dediyinin düz olduğunu görürük".

Son xəbərlər

Orphus sistemi