Nigar Arpadarai: "Yaşıl keçid" üçün trilyonlarla ABŞ dollarına ehtiyac var"

Nigar Arpadarai: "Yaşıl keçid" üçün trilyonlarla ABŞ dollarına ehtiyac var" "Yaşıl keçid"in reallaşdırılması üçün trilyonlarla ABŞ dollarına ehtiyac var.
Maliyyə
3 Oktyabr , 2024 18:41
Nigar Arpadarai: Yaşıl keçid üçün trilyonlarla ABŞ dollarına ehtiyac var

"Yaşıl keçid"in reallaşdırılması üçün trilyonlarla ABŞ dollarına ehtiyac var.

"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə bildirib.

"COP29-a bir neçə həftə qalıb. İqlim dəyişikliyi ilə bağlı olan bütün qlobal icma bu tədbirə qatılacaq. İqlim dəyişikliyi artıq gələcək risk deyil, o artıq bu günün çağırışıdır və biz onu həll etməliyik. Bizim bu yöndəki baxışımız iki əsas sütün üzərində formalaşıb. Bunlardan biri ambisiyaları, iddiaları artırmaqdan, digəri isə bu istiqamətdə həyata keçirilən tədbirləri gücləndirməkdən ibarətdir. COP29 maliyyə məsələsidir və bir növ Paris Sazişini sınağa çəkmək üçün bir testdir. Yəni növbəti məqsədlərə çatmaq üçün bizə maliyyə lazımdır", - deyə o qeyd edib.

N.Arpadarai hesab edir ki, "yaşıl keçid"dən tək böyük şirkətlər deyil, eyni zamanda KOB-lar da faydalanmalıdır.

Son xəbərlər

Orphus sistemi