Nazir: "İqtisadi artım özəl investisiyalar hesabına təmin olunacaq"

Maliyyə
  • 16 noyabr, 2026
  • 12:15
Nazir: İqtisadi artım özəl investisiyalar hesabına təmin olunacaq

Azərbaycanda növbəti dövrdə iqtisadi artım özəl investisiyalar hesabına təmin olunacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, yeni artım drayverlərinə keçid qaçılmazdır və dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək: "Bu kontekstdə dövlətin iqtisadiyyatdakı başlıca rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçir. ​Bu keçidin ilkin nəticələri artıq müşahidə olunur: cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 %-ə yaxın artıb".

Nazir bildirib ki, bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur.