Son 5 ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, bu dövr ərzində Azərbaycanda minimum pensiyalar 2,5 dəfə, orta pensiyalar 2,1 dəfə, sosial müavinət və təqaüdlər 5 dəfə, ünvanlı sosial yardımın aylıq məbləği isə 3 dəfə artıb:
"Bunlar çox böyük və əhatəli proqramlardır. Ümumilikdə bu sosial islahatlar 4 milyondan çox vətəndaşımızı əhatə edir. Bu sosial ödənişlərin illik məbləği 7 milyard manata bərabərdir. Bu rəqəm Azərbaycanın sosial siyasətinin ən bariz göstəricisidir".
Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.