Naxçıvan Muxtar Respublikasında mühasibatlıq və audit sisteminin təkmilləşdirilməsi üçün daim yeniliklər edilir, tənzimləmə texnologiyaları beynəlxalq standartlara uyğunlaşdırılır.
“Report” xəbər verir ki, bunu Naxçıvanın maliyyə naziri Həsən İsmayılov Bakıda keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu”nda bildirib.
"Naxçıvanda gələcək üçün maliyyə və mühasibatldıq sahəsində innovativ yanaşmalar prioritet hesab edilir. Xüsusilə mühasibatlıqda elektron sistemlərin tətbiqi maliyyə hesabatlarının daha çevik və şəffaf olmasına şərait yaradır. Bu korrupsiya və sui-istifadə hallarının qarşısını alır və resursların optimal istifadəsinə şərait yaradır”, - deyə o qeyd edib.
"Düzgün və şəffaf qurulmuş mühasibat uçotu vasitəsi ilə dövlət qurumları arasında məlumat mübadiləsi və kordinasiya təkmilləşir. Maliyyə hesabatlarının düzgün hazırlanması ilə dövlət idarəetməsinn effektivliyi artır, resursların düzgün bölüşdürülməsi və təyinatı daha səmərəli olur, dövlətin maliyyə resurslarını effektiv və şəffaf şəkildə idarə edilməsinə kömək edir", - deyə nazir əlavə edib.