Naxçıvanda bu il 1 milyon manatdan çox ipoteka krediti verilib
Maliyyə
- 02 may, 2024
- 14:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyon 089,2 min manat məbləğində ipoteka krediti verilib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Bunun 55,2 %-i və ya 600,7 min manatı güzəştli şərtlərlə, 44,8 %-i və ya 488,5 min manatı isə digər şərtlərlə verilib.
Hesabat dövründə regionda 16 nəfər ipoteka krediti götürüb ki, bunlardan 9-u güzəştli, 7-si isə digər şərtlərlə ipoteka krediti sahibi olub.
Bu il aprelin 1-nə (2010-ci ildən) Naxçıvanda ümumilikdə 60 milyon 472,6 min manat ipoteka krediti verilib. Bunun da, 15,613 milyon manatı güzəştli şərtlərlə, 44 milyon 859,6 min manatı isə digər şərtlərlə təqdim edilib.
Son xəbərlər
16:03
Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir
Futbol
16:00
Azərbaycandakı sığorta şirkətlərinin ödənilmiş mənfəət vergisinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
15:49
İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir
Futbol
15:40
Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır
Region
15:32
Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb
Sənaye
15:23
Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır
Region
15:17
Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib
Daxili siyasət
15:13
Foto
Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib
Futbol
15:05
Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb
Sənaye