Naxçıvanda bank hesablarının sayı 8% artıb

Naxçıvanda bank hesablarının sayı 8% artıb Naxçıvanda bank hesablarının sayı 8% artıb
Maliyyə
397
31 İyul , 2020 16:28
Naxçıvanda bank hesablarının sayı 8% artıb

Bu il iyulun 1-nə Naxçıvan MR-da bank hesablarının sayı 88 316 olub. 

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 6 461 vahid və yaxud 7,9% çoxdur.

Hesabların 77 304-ü və ya 87,5%-i aktiv hesablardır.

Təkcə bu ilin yanvar-iyun aylarında isə muxtar respublikada 19 544 bank hesabı açılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 084 vahid və yaxud 45,2% çoxdur. Bunun da 19 528-i aktiv hesablardır. 

Son 1 ildə Naxçıvanda POS-terminalların sayı isə 34 ədəd və yaxud 2,6% artırılaraq 1 310-a çatdırılıb. 

Orphus sistemi