"Muğanbank" kapitalını 18% artırır

"Muğanbank" kapitalını 18% artırır Bununla bağlı qərar Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilib
Maliyyə
25 Avqust , 2016 11:07
Muğanbank kapitalını 18% artırır

Bakı. 25 avqust. REPORT.AZ/ "Muğanbank" ASC nizamnamə kapitalını 10 mln. manat və ya 18,2% artıracaq. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, kapital artımı barədə qərar "Muğanbank"ın səhmdarlarının avqustun 20-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 55 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 275 000 səhm əsasında formalaşıb.

Səhmlərin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyev (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyeva, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi