“Muğan Bank”ın zərəri 77% azalıb

“Muğan Bank”ın zərəri 77% azalıb “Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,880 milyon manat zərərlə başa vurub.
Maliyyə
26 Oktyabr , 2020 16:09
“Muğan Bank”ın zərəri 77% azalıb

“Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,881 milyon manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,2% və yaxud 4,4 dəfə azdır.

9 ay ərzində “Muğan Bank”ın gəlirləri 33,769 milyon manat (illik müqayisədə 22% az), xərcləri 35,335 milyon manat (12,3% az), xüsusi ehtiyatlara ayırmaları 315 min manat (97,2% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Muğan Bank”ın aktivləri 548,268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,8% azdır. Bunun 326,395 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,2% kiçilib.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 2,1% azalaraq 463,419 milyon manata, o cümlədən depozit portfeli 9,9% azalaraq 234,473 milyon manata düşüb, balans kapitalı isə 0,4% azalaraq 84,848 milyon manat, o cümlədən nizamnamə kapitalı 2,5% artaraq 102,5 milyon manat olub.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi