“Moody's”: Likvidlik yastığı Azərbaycan banklarına xarici şoklara qarşı mübarizədə kömək edəcək

“Moody's”: Likvidlik yastığı Azərbaycan banklarına xarici şoklara qarşı mübarizədə kömək edəcək Bank sektoru aktivlərinin təxminən 50%-i likvid alətlərdə, o cümlədən pul vəsaitləri və onların ekvivalentləri, bank vəsaitləri və xarici zərbələrdən etibarlı qorunma təmin edən suveren və kvazi-suveren borc qiymətli kağızlarına qoyulan investisiyalardadır.
Maliyyə
13 Aprel , 2020 18:23
“Moody's”: Likvidlik yastığı Azərbaycan banklarına xarici şoklara qarşı mübarizədə kömək edəcək

Bank sektoru aktivlərinin təxminən 50%-i likvid alətlərdə, o cümlədən pul vəsaitləri və onların ekvivalentləri, bank vəsaitləri və xarici zərbələrdən etibarlı qorunma təmin edən suveren və kvazi-suveren borc qiymətli kağızlarına qoyulan investisiyalardadır.

“Report” xəbər verir ki, bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair hesabatında deyilir.

“Likvidlik yastığı güclü olaraq qalacaq və bu, banklara xarici şoklara qarşı mübarizədə kömək edəcək”, - hesabatın müəllifi, “Moody's” agentliyinin vitse-prezident və böyük analitiki Pyotr Paklin deyib.

Bundan başqa, analitiklərin fikrincə, dövlət tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi ehtimalı yüksək olaraq qalır: “2019-cu ilin sonunda ÜDM-nin 90%-ni təşkil edən Azərbaycan Dövlət Neft Fondunda toplanan ümumi ehtiyatlarla hökumətin iqtisadiyyata və ümumi kredit portfeli ÜDM-in 19%-ni təşkil edən bankçılıq sisteminə dəstək vermək üçün yaxşı imkanları var”.

Bununla yanaşı, xarici valyutadakı kreditlərin xüsusi çəkisi (2019-cu ilin sonunda 35%) böyük olaraq qalır və bu, ixracat mənfəəti olmadan borcalanları valyuta risklərinə məruz qoyur.

“Koronavirus epidemiyası ölkədə iqtisadi fəallığın pozulmasına gətirib çıxaracaq və neftin ucuzlaşması ilə birlikdə vətəndaşların, kiçik və orta sahibkarlığın, eləcə də iri şirkətlərin kredit borclarını ödəmək imkanlarını zəiflədəcək. Bütün bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına səbəb olacaq”, - hesabatda deyilir.

Hesabat müəllifi hesab edir ki, xalis faiz marjası (NIM) depozitlərin xarici valyutaya çevrilməsi üçün “kənara axması” nəticəsində maliyyələşdirmə xərcləri artdıqca azalacaq.

Son xəbərlər

Orphus sistemi