“Moody's” Azərbaycanın kredit reytinqləri üzrə icmalı təqdim edib

“Moody's” Azərbaycanın kredit reytinqləri üzrə icmalı təqdim edib “Moody's” Beynəlxalq Reytinq Agentliyi bu ilin aprel ayında "Ba2" səviyyəsində təsdiq edilmiş Azərbaycanın uzunmüddətli emitent reytinqi və Azərbaycanın təmin edilməmiş prioritet öhdəlikləri reytinqi üzrə icmalını hazırlayıb.
Maliyyə
14 Oktyabr , 2021 10:49
“Moody's” Azərbaycanın kredit reytinqləri üzrə icmalı təqdim edib

“Moody's” Beynəlxalq Reytinq Agentliyi bu ilin aprel ayında "Ba2" səviyyəsində təsdiq edilmiş Azərbaycanın uzunmüddətli emitent reytinqi və Azərbaycanın təmin edilməmiş prioritet öhdəlikləri reytinqi üzrə icmalını hazırlayıb.

Bu barədə “Report” “Moody's” reytinq agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin aprel ayında reytinqlər üzrə proqnoz “sabit”dən “müsbət”ə dəyişdirilib. Müsbət proqnoz idarəetmə və siyasi səmərəliliyin yaxşılaşmasından xəbər verir ki, bu da hökumətin kredit profilinin dayanıqlılığını artıra bilər.

Agentliyin analitiklərin qiymətləndirmələrinə görə, reytinqin təsdiq olunması Azərbaycanın kredit qabiliyyətli olmasını göstərir.

“Moody's”in analitikləri hesab edirlər ki, mübadilə məzənnəsinin sabitliyi və Azərbaycanın Mərkəzi Bankının pul-kredit siyasəti haqqında məlumatlandırma prosesinin yaxşılaşdırılması ölkənin daxili və valyuta bazarının dinamikasında sabitliyə kömək etməkdə davam edəcək. Ümumilikdə, Azərbaycanın siyasi çərçivələrinin təkmilləşdirilməsi əsasən də dövlətin əhəmiyyətli akrtivləri sayəsində hökumətin likvidlik riski səviyyəsini aşağı salacaq, xarici amillərə qarşı həssaslığının qarşısını alacaq və siyasətin çevikliyini təmin edəcək.

Onların fikrincə, pandemiya ilə əlaqəli məhdudiyyətlərin tədricən aradan qaldırılması və dünya bazarlarında neft qiymətlərinin yüksək olması Azərbaycanda ÜDM-in artımına səbəb olub. “Moody's” 2021-ci ildə ÜDM-in real artımının 3,5% səviyyəsində olacağını gözləyir.

Agentliyin qiymətləndirmələrinə görə, yaxın 2-3 il ərzində Azərbaycanda iqtisadi artım orta hesabla illik 3% təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi