Mikayıl Cabbarov: "Pandemiyaya baxmayaraq Litva ilə ticarət dövriyyəmiz artıb"

Mikayıl Cabbarov: "Pandemiyaya baxmayaraq Litva ilə ticarət dövriyyəmiz artıb" İqtisadiyyat naziri Mikayıl Cabbarov Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Maliyyə
3 May , 2021 14:00
Mikayıl Cabbarov: Pandemiyaya baxmayaraq Litva ilə ticarət dövriyyəmiz artıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.

Görüşdə Litva ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, ölkələrimiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə töhfə verir və bu platforma vasitəsilə müxtəlif sferalarda layihələrin həyata keçirilməsinə dəstək göstərilir.

İqtisadiyyat naziri ölkəmizin Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə və bu ilin birinci rübü ərzində iki ölkə arasında ticarət dövriyyəsi artıb.

Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergis qarşılıqlı iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi