MIGA: TANAP-a ayırdığımız zəmanətlə bağlı kommersiya bankları ilə danışıqlar gedir

MIGA: TANAP-a ayırdığımız zəmanətlə bağlı kommersiya bankları ilə danışıqlar gedir Agentlik layihəyə dəstəyini davam etdirəcək
Maliyyə
19 Dekabr , 2017 09:10
MIGA: TANAP-a ayırdığımız zəmanətlə bağlı kommersiya bankları ilə danışıqlar gedir
MIGA-nın icraçı direktoru Keyko Honda / Report/ Firi Salim

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Dünya Bankı qrupu və İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentlik (MIGA) üçün çox əhəmiyyətli tərəfdaşdır. 

Bunu “Report”a eksklüziv açıqlamasında Bakıda səfərdə olan Dünya Bankı qrupunun icraçı vitse-prezidenti və MIGA-nın icraçı direktoru xanım Keyko Honda (Keiko Honda) deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə dəstəyini davam etdirəcək: “Dünya Bankı və MIGA-nın birlikdə dəstəklədiyi layihələrdən biri də TANAP layihəsidir. Dünya Bankının layihəyə ayırdığı kredit istifadə olunmaqdadır. Amma MIGA-nın ayırdığı zəmanətlə bağlı kommersiya bankları ilə danışıqlar davam edir. Bir daha təsdiq etmək istəyirəm ki, MIGA bu layihə qarşısında böyük öhdəliyə malikdir. Bakıya səfərim zamanı biz hökumətlə yardımçı ola biləcəyimiz digər sahələri də müzakirə etdik”.

Xatırladaq ki, 2016-cı ilin dekabrında MIGA-nın Direktorlar Şurası TANAP layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanət verilməsini təsdiq edib.

Son xəbərlər

Orphus sistemi