“MFX-Trading İnvestisiya Şirkəti” nizamnamə kapitalını 16 % artırıb

Maliyyə
  • 05 fevral, 2024
  • 11:20
“MFX-Trading İnvestisiya Şirkəti” nizamnamə kapitalını 16 % artırıb

“MFX-Trading İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 150 min manat və yaxud 15,6 % artıraraq 960 min manatdan 1,11 milyon manata çatdırıb.

“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 750 ədəd yeni səhm buraxılacaq.

Qiymətli kağızları investisiya şirkətinin mövcud səhmdarları (Anar Nəbiyev, Cəmşid Novruzov və Zərifə Həsənova) alıb.

Xatırladaq ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb.