“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası” dəyişib

Maliyyə
  • 13 iyul, 2023
  • 08:49
“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası” dəyişib

Azәrbaycan Mәrkәzi Bankının (AMB) İdarә Heyәti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, məcburi ehtiyatların norması milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən asılı olaraq differensiallaşdırılıb.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.