MCB BOKT-un xalis mənfəəti 21% azalıb

Maliyyə
  • 20 noyabr, 2021
  • 11:31
MCB BOKT-un xalis mənfəəti 21% azalıb

MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 491 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən təxminən 21,1% azdır.

Ötən il MCB-nin vergiyəqədərki mənfəəti 616 min manat (illik müqayisədə 10,3% az), mənfəət vergisi ödəmələri isə 124 min manat (87,9% çox) təşkil edib.

Bu il yanvarın 1-nə MCB-nin aktivləri 8,775 milyon manat olub ki, bu da illik müqayisədə 15,3% azdır. Bunun 7,906 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 18,7% kiçilib.

Hesabat dövründə MCB-nin öhdəlikləri 32,8% azalaraq 4,255 milyon manata düşüb, balans kapitalı isə 12,2% artaraq 4,52 milyon manata çatıb.

Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

Son xəbərlər

Bütün Xəbər Lenti