MCB BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 30 may, 2024
  • 14:04
MCB BOKT maliyyə vəziyyətini açıqlayıb

MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,096 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 51,2 % çoxdur.

Ötən il MCB-nin vergiyəqədərki mənfəəti 1,365 min manat (əvvəlki ilə nisbətən 48,9 % çox), mənfəət vergisi ödəmələri isə 268 min manat (39,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə MCB-nin aktivləri 24,875 milyon manat olub ki, bu da illik müqayisədə 34,8 % çoxdur. Bunun 24,178 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 40,2 % böyüyüb.

Hesabat dövründə MCB-nin öhdəlikləri 42,5 % artaraq 17,874 milyon manata, balans kapitalı isə 18,6 % artaraq 7,001 milyon manata çatıb.

Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.