“Mastercard” kartları ilə 4 Azərbaycan bankına xaricə pul göndərilməsinə icazə verilib

Maliyyə
  • 15 dekabr, 2022
  • 06:56
“Mastercard” kartları ilə 4 Azərbaycan bankına xaricə pul göndərilməsinə icazə verilib
Avşar Gürdal

“Mastercard” beynəlxalq ödəniş sistemi Azərbaycandan kart vasitəsi ilə xaricə pul göndərməklə bağlı 4 bankla razılığ əldə olunub.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan “Mastercard”ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal deyib.

"Artıq o banklardan "Mugan Bank" ASC ilə bu istiqamətdə müqavilə imzalamışıq. Qarşıdakı dövrdə digər banklarla da müqavilələr imzalanacaq", - A.Gürdal bildirib.

Onun sözlərinə görə, Azərbaycanda "Card to Card" əməliyyatları çox aparılır: "Bu baxımdan həm texniki, həm də digər imkanlar var. İnanırıq ki, yeni müqavilələr xaricə pul göndərməyi daha da asanlaşdıracaq".

A.Gürdal qeyd edib ki, hazırda "MasterCard" Azərbaycan kart bazarının 50 %-nə nəzarət edir və kartlarla ödənişlərdə artım var: "Ölkəndə xərcləmələrin təxminən 25 %-i rəqəmsallaşıb və təxminən aydan-aya kartlarla ödəmələrin həcmi 35 % cuvarlnda artır".