Manat neftin qiymətinin 45-50 dollar səviyyəsində üzməsinə adaptasiya olunub

Manat neftin qiymətinin 45-50 dollar səviyyəsində üzməsinə adaptasiya olunub Elman Rüstəmov: "Həssas mövzulara izahat vermək imkanımız məhduddur"
Maliyyə
30 Noyabr , 2016 13:37
Manat neftin qiymətinin 45-50 dollar səviyyəsində üzməsinə adaptasiya olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ "Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar/barel səviyyəsində üzməsinə adaptasiya olunub". "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, əsas prioritet sabitləşdirmədir: "Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır".

"Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu şurada ciddi iş gedir, müzakirələr aparılır. Ölkədə makroiqsadi sabitliyin təmini, struktur, sosial islahatları əhatə edən yeni iqtisadi artım modelinə keçid üçün iş aparılır. Bu sənəd razılaşdırılmamışdan öncə həssas mövzulara izahat vermək imkanımız məhduddur", - deyə baş bankir əlavə edib.

Son xəbərlər

Orphus sistemi