Kristina Doroş: "AMB-nin nağdsız iqtisadiyyatın inkişafı ilə bağlı planları var"

Maliyyə
  • 07 iyul, 2023
  • 13:09
Kristina Doroş: AMB-nin nağdsız iqtisadiyyatın inkişafı ilə bağlı planları var

Azərbaycan Mərkəzi Bankından (AMB) olan həmkarlarımızın ölkədə nağdsız iqtisadiyyatın gələcək inkişaf mərhələləri ilə bağlı öz planları var.

Bunu "Report"a müsahibəsində “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş bildirib.

Onun sözlərinə görə, “Visa” öz növbəsində bütün strateji istiqamətlərin həyata keçirilməsində tənzimləyici qurumun etibarlı tərəfdaşı olaraq qalacaq: “Biz ölkəyə ən son yenilikləri, həlləri və texnologiyaları gətirməyə davam edəcəyik. Ümumiyyətlə, işlər plana uyğun aparılır, lakin bəzən planlarımıza daxil olmayan bir texnologiya ortaya çıxa bilər ki, onun həyata keçirilməsi daha məqsədəuyğundur. Bu halda biz planlarımıza müəyyən dəyişiklik edir və həmin yeniliyi reallaşdırırıq”.

Kristina Doroşla müsahibəni buradan oxuya bilərsiniz.