ABŞ Türkiyə banklarını Rusiya ilə əməliyyatlara görə sanksiyalarla hədələyib

ABŞ Türkiyə banklarını Rusiya ilə əməliyyatlara görə sanksiyalarla hədələyib ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumları ilə əlaqə saxlayıb və Rusiya ilə əməliyyatlara davam edəcəkləri təqdirdə onları sanksiyalarla hədələyiblər.
Maliyyə
19 Sentyabr , 2024 09:21
ABŞ Türkiyə banklarını Rusiya ilə əməliyyatlara görə sanksiyalarla hədələyib

ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumları ilə əlaqə saxlayıb və Rusiya ilə əməliyyatlara davam edəcəkləri təqdirdə onları sanksiyalarla hədələyiblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin maliyyə konsaltinqi sahəsindəki mənbə təsdiqləyib.

Mənbə bildirib ki, ABŞ hökumətinin nümayəndələri Rusiya tərəfi ilə qarşılıqlı əlaqələri davam etdirdiklərinə görə Türkiyənin banklarını üstüörtülü və ya gizli sanksiyalarla hədələyiblər.

Onun sözlərinə görə, razılaşmalar hələ də Türkiyə bankları vasitəsilə həyata keçirilə bilər.

"Lakin bunun üçün bir neçə şərti yerinə yetirmək, eləcə də, əməliyyatın mövcud sanksiya və məhdudiyyətləri pozmadığına dair uyğunluq proseduru çərçivəsində müəyyən sənədlər və sübutlar təqdim etmək lazımdır", - mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi