“Kapital Bank” xalis mənfəətini 2 dəfədən çox artırıb

Maliyyə
  • 11 aprel, 2019
  • 12:58
“Kapital Bank” xalis mənfəətini 2 dəfədən çox artırıb

“Kapital Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 3 584,384 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 13,2% çoxdur.

“Kapital Bank”ın aktivlərinin 1 322,01 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 27,4% böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın cəmi öhdəlikləri 8,5% artaraq 3 162,903 milyon manata, o cümlədən depozit portfeli 10,7% artaraq 2 700,441 milyon manata, cəmi kapitalı isə 67,4% artaraq 421,481 milyon manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 225,85 milyon manata çatıb.

Bu ilin I rübündə “Kapital Bank”ın faiz gəlirləri 93,296 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 27% çox), faiz xərcləri 16,433 milyon manat (15,4% az), qeyri-faiz gəlirləri 36,038 milyon manat (9,6% çox), qeyri-faiz xərcləri 46,335 milyon manat (26,1% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 6,505 milyon manat (70,4% az), mənfəət vergisi ödəmələri isə 12,435 milyon manat (2,1 dəfə çox) təşkil edib. Son nəticədə Bank rübü 47,626 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,86%-i daxil olduğu holdinqə, 0,14%-i isə 190 fiziki şəxsə məxsusdur. 

44 - Tezliklə