“Kapital Bank” səhmdarlarına əlavə dividend ödəməyə qərar verib

“Kapital Bank” səhmdarlarına əlavə dividend ödəməyə qərar verib Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Maliyyə
6 Noyabr , 2020 12:33
“Kapital Bank” səhmdarlarına əlavə dividend ödəməyə qərar verib

Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında baş tutub.

Yığıncaqda səhmdarlara ötən ilin mənfəətindən əlavə dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği hər səhm üçün 0,77 manat təşkil edəcək. Ödəniş gələn ilin yanvar ayında həyata keçiriləcək.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245,85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Son xəbərlər

Orphus sistemi