"Kapital Bank" bu ilin I rübünün nəticələrini elan edib

"Kapital Bank" bu ilin I rübünün nəticələrini elan edib Kapital Bank ASC-nin aktivləri 1 aprel 2020-ci il tarixinə 4,4milyard manat təşkil edib. Müştərilərə verilən kreditlər isə 2,04 milyard manat olub.
Maliyyə
14 Aprel , 2020 13:00
Kapital Bank bu ilin I rübünün nəticələrini elan edib

"Kapital Bank" ASC-nin aktivləri 1 aprel 2020-ci il tarixinə 4,4milyard manat təşkil edib. Müştərilərə verilən kreditlər isə 2,04 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2020-ci il tarixinə 3,3 milyard manat olub.

Bankın 1 aprel 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 470 milyon manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 225,85 milyon manat təşkil edir.

Qeyd edək ki, "Kapital Bank" "Moody's" və "Standard &Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi