"Kapital Bank" "BirKart" vasitəsilə 10%-ə qədər “Cash Back” almaq imkanı yaradıb

Maliyyə
  • 11 may, 2018
  • 06:36
Kapital Bank BirKart vasitəsilə 10%-ə qədər “Cash Back” almaq imkanı yaradıb

Bakı. 11 may. REPORT.AZ/ “Kapital Bank” ASC-nin “BirKart” məhsulunu artıq məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. “Report”un Banka istinadən verdiyi xəbərə görə, bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilərlər.

BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10%-dək “Cash Back” imkanı. Visa kartları əsasında olan “BirKart” 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.