İsveçrədə inflyasiya 14 illik rekordu yeniləyib

İsveçrədə inflyasiya 14 illik rekordu yeniləyib Bu ilin aprel ayında İsveçrədə illik inflasiya 2,5% olub ki, bu da 2008-ci ildən bu yana ən yüksək həddir.
Maliyyə
5 May , 2022 16:55
İsveçrədə inflyasiya 14 illik rekordu yeniləyib

Bu ilin aprel ayında İsveçrədə illik inflasiya 2,5% olub ki, bu da 2008-ci ildən bu yana ən yüksək həddir. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Federal Statistika Ofisi bildirib.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən isə 0,4 faiz artıb. Bu, soba mazutunun bahalaşması və bir sıra başqa amillərlə izah olunur. İllik infilyasiyaya təkan verən amillər arasında isə idxal məhsullarının 6,6% bahalaşması göstərilir. Eyni müddətdə yerli məhsullar 1,2% bahalaşıb.

Hesabat dövründə yeni avtomobillərin, təyyarə biletlərinin qiyməti artıb, mehmanxana xidmətlərinin qiymətləri isə azalıb. 

Son xəbərlər

Orphus sistemi