"İnvestAz Asset Management"a yeni lisenziya verilib

"İnvestAz Asset Management"a yeni lisenziya verilib Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondlarının idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-yə yeni lisenziya verib.
Maliyyə
6 Fevral , 2024 16:34
İnvestAz Asset Managementa yeni lisenziya verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondlarının idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-yə yeni lisenziya verib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı yenidən 2-yə çatıb. Hazırda bu sahə üzrə həm də "AzFinance Asset Management" MMC lisenziyaya malikdir.

Xatırladaq ki, “İnvestAz Asset Management"i 2013-cü ildə "İnvest-Az İnvestisiya Şirkəti" QSC yaradıb. Onun nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Şəhriyar Ağazeynal oğlu Qurbanzadədir. O, həm də təsisçi investisiya şirkətinin qanuni təmsilçisidir.

"İnvestAZ Asset Management" 27 avqust 2013-cü ildə o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən qiymətli kağızlar bazarında aktivlərin idarə olunması üzrə 5 illik lisenziya alıb, lakin bu lisenziya ilə bağlı heç bir fəaliyyəti olmayıb. Lisenziyanın müddəti 2018-ci ildə başa çatıb. Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib, bununla belə, 6 illik fasilədən sonra bazara qayıdıb.

Son xəbərlər

Orphus sistemi