ING bu il üçün Azərbaycanda inflyasiya proqnozunu azaldıb

ING bu il üçün Azərbaycanda inflyasiya proqnozunu azaldıb Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 5 %, 2025-ci ildə - 5,6 % olacağını proqnozlaşdırır.
Maliyyə
11 Yanvar , 2024 11:26
ING bu il üçün Azərbaycanda inflyasiya proqnozunu azaldıb

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 5 %, 2025-ci ildə - 5,6 % olacağını proqnozlaşdırır.

Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir. Bu, ötən ilin avqust ayında açıqlanan proqnoza nisbətən bu il üçün 1 faiz bəndi azalıb, gələn il üçün isə dəyişməyib.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6,2 %, ikinci rübdə isə 2,6 % səviyyəsində gözlənilir.

İqtisadiyyat Nazirli 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi