ING Azərbaycanda 2024-2025-ci illər üçün uçot dərəcəsi ilə bağlı proqnozunu dəyişib
Maliyyə
- 09 avqust, 2024
- 14:11
Niderlandın "ING Group" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-2025-ci illərdə uçot dərəcəsini 7 % səviyyəsində proqnozlaşdırıb.
"Report" şirkətin açıqladığı proqnozlarına istinadən xəbər verir ki, bu, daha əvvəl açıqlanan proqnoza nisbətən həm bu il, həm də gələn il üçün 0,5 faiz bəndi çoxdur.
"ING Group" 2026-cı ilin sonuna Azərbaycanda uçot dərəcəsinin 7,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti bu ilin iyulun 31-də uçot dərəcəsinin 7,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 %-də, yuxarı həddi isə 8,25 %-də saxlanılıb. Növbəti qərar sentyabr ayında gözlənilir. "ING Group" uçot dərəcəsinin bu iclasda 7 %-ə enəcəyini proqnozlaşdırır.
Son xəbərlər
09:33
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi09:32
Video
Maştağada böyük obyektdə güclü yanğın olub
Hadisə09:29
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulur
Futbol09:26
Kamboca və Tailandda gedən döyüşlər səbəbindən təxminən bir milyon vətəndaş təxliyə edilib
Digər ölkələr09:11
Venesuela ABŞ-ı tanker heyətini qaçırmaqda ittiham edib
Digər ölkələr09:00
"Qarabağ" 2025-ci ildə sonuncu oyununu bu gün keçirəcək
Futbol08:58
San-Fransiskoda 125 mindən çox sakin işıqsız qalıb
Digər ölkələr08:44
CAR-da atışma nəticəsində on nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:34