Niderlandın "ING Group" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-2025-ci illərdə uçot dərəcəsini 6,5 % səviyyəsində proqnozlaşdırıb.
“Report” şirkətin açıqladığı proqnozlarına istinadən xəbər verir ki, bu, aprel ayında açıqlanan proqnoza nisbətən 2024-cü il üçün 0,5 faiz bəndi azdır, gələn il üçün isə 0,5 faiz bəndi çoxdur.
Həmçinin qeyd edilib ki, 2025-ci ilin ikinci rübündə Azərbaycanda uçot dərəcəsi 7 % səviyyəsində nəzərdə tutulur.
"ING Group" 2026-cı ilin sonuna Azərbaycanda uçot dərəcəsinin 7,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti bu ilin mayın 1-də uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,5 %-dən 7,25 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,5 %-dən 8,25 %-ə endirilib.