ING 2024-2025-ci illərdə Azərbaycanın iqtisadi artım proqnozunu dəyişməyib
- 11 yanvar, 2024
- 08:08
Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2,5 %, 2025-ci ildə isə 2,7 % səviyyəsində müəyyən edib.
Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir. Bu, "ING Group"un ötən ilin avqust ayında açıqladığı proqnozla müqayisədə dəyişməyib.
Hesabata əsasən, 2024-cü ilin birinci rübündə ÜDM artımı 4 %, ikinci rübdə isə 2,5 % proqnozlaşdırılır.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda ÜDM istehsalının bu il 2,4 %, 2025-ci ildə isə 2,5 % artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2,5 % olacağını proqnozlaşdırır. IMF 2024-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 % səviyyəsində proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5 % olacaq.