IMF: Rusiyada iqtisadi artımın sürətlənəcəyi gözlənilmir

IMF: Rusiyada iqtisadi artımın sürətlənəcəyi gözlənilmir Demoqrafik və struktur problemləri artıma mane olur
Maliyyə
20 Noyabr , 2017 11:50
IMF: Rusiyada iqtisadi artımın sürətlənəcəyi gözlənilmir
AFP 2017/ MANDEL NGAN

Bakı. 20 noyabr. REPORT.AZ/ "Rusiya iqtisadiyyatının tsiklik bərpası 2 illik azalmadan sonra sürətlənir və 2017-ci ilin sonunda təxminən 2% təşkil edəcək. Lakin ortamüddətli perspektivdə böyük ehtimalla aşağı səviyyədə qalmağa davam edəcək. Buna səbəb demoqrafik göstəricilərin pisləşməsi, həll olunmayan struktur problemləri və sanksiyalar göstərilir". 

"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) ekspertləri noyabrın 13-17-də Rusiyaya səfərin nəticələrini şərh edərkən bildiriblər.

Ekspertlərin fikrincə, ilin sonuna inflyasiya 3%, daha sonrakı dövrdə isə 4% təşkil edəcək. Hesabatda Rusiyanın tədiyyə balansının yaxşılaşacağının gözlənildiyi də qeyd edilib.

IMF 2 iri bankın sanasiyasına baxmayaraq, Rusiya bank sisteminin sabitləşdiyini bildirib. Ölkədə kreditləşmənin artdığını qeyd edən IMF buna baxmayaraq, bankların aktivlərinin keyfiyyətinin aşağı olduğunu, bəzi banklarda ehtiyat ayırmalarının səviyyəsinin kifayət qədər olmadığını xatırladıb.

Son xəbərlər

Orphus sistemi