IMF: "Qlobal borc 226 trilyon dollara çatıb"

IMF: "Qlobal borc 226 trilyon dollara çatıb" "2020-ci ildə qlobal borcda II dünya müharibəsindən sonra ən böyük illik artım olub və bu göstərici 226 trilyon ABŞ dollarına çatıb. Kəskin dinamika pandemiyanın yaratdığı səhiyyə böhranı və dərin resessiya fonunda baş verib.
Maliyyə
16 Dekabr , 2021 13:39
IMF: Qlobal borc 226 trilyon dollara çatıb

"2020-ci ildə qlobal borcda II dünya müharibəsindən sonra ən böyük illik artım olub və bu göstərici 226 trilyon ABŞ dollarına çatıb. Kəskin dinamika pandemiyanın yaratdığı səhiyyə böhranı və dərin resessiya fonunda baş verib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.

Bildirilir ki, ötən ilin yekunununa görə qlobal borcun ÜDM-ə nisbəti 28 faiz bəndi artaraq 256 %-ə yüksəlib.

Artımın yarısından bir qədər çoxunu hökumətlərin borclanması hesabına olub, ona görə də qlobal dövlət borcunun ÜDM-yə nisbəti rekord həddə 99 %-ə yüksəlib. Qeyri-maliyyə korporasiyaları və ev təsərrüfatlarının özəl borcları da yeni yüksək həddə çatıb.

Dövlət borcunun 2007-ci ildə ÜDM-in təxminən 70 %-dən 2020-ci ildə ÜDM-in 124 %-nə yüksəldiyi inkişaf etmiş iqtisadiyyatlarda borc artımı xüsusilə diqqəti çəkir. Özəl borc isə eyni dövrdə daha mülayim templə ÜDM-in 164 %-dən 178 %-nə yüksəlib.

Bu dövrdə qlobal borc artımının 26 %-i təkcə Çinin payına düşüb.

İnkişaf etməkdə olan bazarlar (Çin istisna olmaqla) və aşağı gəlirli ölkələr, əsasən yüksək dövlət borcuna görə, qlobal borc artımının hər biri təxminən 1-1,2 trilyon ABŞ dolları olan kiçik paylara sahibdirlər.

Buna baxmayaraq, həm inkişaf etməkdə olan bazarlar, həm də aşağı gəlirli ölkələr 2020-ci ildə nominal ÜDM-in əhəmiyyətli azalması səbəbindən yüksək borc nisbətləri ilə üzləşirlər.

Qeyd edək ki, inkişaf etməkdə olan bazarlarda dövlət borcu rekord həddə çatarkən aşağı gəlirli ölkələrdə isə bir çoxlarının borcdan azad olmaq təşəbbüslərindən faydalandığı 2000-ci illərin əvvəllərindən görünməyən səviyyəyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi