IMF koronavirusdan əziyyət çəkən ölkələrə 1 trilyon dollar ayıra bilər

IMF koronavirusdan əziyyət çəkən ölkələrə 1 trilyon dollar ayıra bilər Koronavirus (COVID-19) infeksiyasının dünya iqtisadiyyatına ziyan vurduğu 81 ölkə Beynəlxalq Valyuta Fondundan (IMF) maliyyə yardımı istəyib.
Maliyyə
29 Mart , 2020 09:47
IMF koronavirusdan əziyyət çəkən ölkələrə 1 trilyon dollar ayıra bilər

Koronavirus (COVID-19) infeksiyasının dünya iqtisadiyyatına ziyan vurduğu 81 ölkə Beynəlxalq Valyuta Fondundan (IMF) maliyyə yardımı istəyib.

“Report” xəbər verir ki, bu barədə IMF-nin prezidenti Kristalina Georgieva Bolqarıstanın Baş naziri Boyko Borisovla görüşdə bildirib. 

Onun sözlərinə görə, bu ölkələrə 1 trilyon ABŞ dolları məbləğində kredit ayrıla bilər.

Qeyd edək ki, koronavirus əksər ölkələr arasında sərhədlərin bağlanmasına, xeyli sayda kiçik və orta sahibkarın işini dayandırmasına, gündəlik yaşam və iş həyatına məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olub. 

Son xəbərlər

Orphus sistemi