IMF-in Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələrinin tarixi məlum olub - EKSKLÜZİV

Maliyyə
  • 06 may, 2019
  • 12:11
IMF-in Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələrinin tarixi məlum olub - EKSKLÜZİV

İyunun 12-dən Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisanın Bakıya səfəri başlayır. 

Bu barədə “Report”a qurumun Bakı ofisinin rəhbəri Ağgün Qədirli məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi IMF-in Əsasnaməsinin IV Maddəsi üzrə məsləhətləşmələr aparmaq və ölkə iqtisadiyyatında aparılan islahatları müzakirə etməkdir.

"Hökumətlə məsləhətləşmələr iyunun 27-dək davam edəcək", - deyə A.Qədirli bildirib.

Xatırladaq ki, N.Tamirisanın missiyanın rəhbəri vəzifəsində Azərbaycana ilk səfəri aprelin 10-11-də baş tutub.

1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və makroiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.

Son xəbərlər

Bütün Xəbər Lenti