İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub
- 28 iyul, 2023
- 13:17
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi fəaliyyətinin ilk ili olan 2022-ci ili 9 min manat zərərlə başa vurub.
"Report" bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, illik zərər qurumun 9 min manatlıq inzibati xərclərinin hesabına formalaşıb.
Bu il yanvarın 1-nə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin aktivləri 994,4 min manat, o cümlədən öhdəlikləri 3,7 min manat, balans kapitalı isə 990,7 min manat təşkil edib.
Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Agentlik ölkədə telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olaraq müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edir. Quruma ilkin olaraq dövlət büdcəsindən 1 milyon manat vəsait ayrılıb.