III rübdə qlobal şirkətlər rekord həcmdə dividend ödəyiblər

III rübdə qlobal şirkətlər rekord həcmdə dividend ödəyiblər Dividendlərin qlobal həcmi bu ilin 3-cü rübündə 403,5 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
19 Noyabr , 2021 10:33
III rübdə qlobal şirkətlər rekord həcmdə dividend ödəyiblər

Dividendlərin qlobal həcmi bu ilin 3-cü rübündə 403,5 milyard ABŞ dolları təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın “Janus Hendersen” investisiya şirkətinin hesablamalarına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur və üçüncü rüb üçün rekord göstərici sayılır.

Üçüncü rübdə ABŞ şirkətlərinin dividendlərinin həcmi rekord həddə - 130,7 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə dividendlərin həcmi maliyyə sektorunun hesabına 10 % artıb. Belə ki, “Morgan Stanley” bu ilin yayında rüblük dividendləri hər səhm üçün 70 sentə kimi qaldırdı. Tədqiqatın əhatə etdiyi ABŞ-dakı şirkətlərin 97 %-i üçüncü rübdə cari dividendlərin həcmini ya artırıb ya da sabit olaraq saxlayıb. Ən yüksək dividend verənlərin arasında “T&T Inc.”, “Apple Inc.”, “Microsoft Corp.” və “Exxon Mobil” var.

Yaponiyada dividendlərin həcmi 26 %, Asiya-Sakit okeanı regionunda “gün doğan ölkəni” çıxmaq şərtilə - 38 %, Böyük Britaniyada - 90 % artıb. İnkişaf etməkdə olan bazarlarda bu göstərici 31 % artıb. Eyni zamanda Avropada dividendlərin həcmi 34 % azalıb. III rübdə Avropa şirkətlərinin dividendlərinin yalnız 10 %-i ödənilib.

Şirkət bu il üçün dividendlərin həcminə dair proqnozunu 2 %-ə yaxın artıraraq rekord göstəriciyə - 1,46 tirlyon ABŞ dollarına çatdırıb. Ötən il dividendlərin qlobal həcmi 2019-cu ilə nisbətən 12 %-ə yaxın azalaraq 1,3 trilyon ABŞ dolları olub.

Xatırladaq ki, “Janus Hendersen” rüblük əsasda səhmləri bazarda ticarət olunan 1,2 min ən iri qlobal şirkətin məlumatları əsasında dividendlər barədə tədqiqat dərc edir.

Son xəbərlər

Orphus sistemi