İFO: "Qlobal inflyasiya bu il 7,1 % olacaq"

İFO: "Qlobal inflyasiya bu il 7,1 % olacaq" Qlobal inflyasiyanın bu il 7,1%-ə, 2024-cü ildə 5,8%-ə enəcəyi gözlənilir.
Maliyyə
5 Yanvar , 2023 15:42
İFO: Qlobal inflyasiya bu il 7,1 % olacaq

Qlobal inflyasiyanın bu il 7,1 %-ə, 2024-cü ildə 5,8 %-ə enəcəyi gözlənilir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Alman İqtisadi Tədqiqatlar İnstitutu (İFO) və İsveçrə İqtisadi Siyasət İnstitutunun (KOF) "İqtisadçılar Sorğusu"nun dekabr sayında bildirilib.

Məlumata görə, qlobal inflyasiya 2026-cı ildə isə 4,5 %-ə enəcəyi proqnozlaşdırılıb.

Bu il Qərbi Avropa regionunda inflyasiyanın 5,4 %, Şimali Amerikada 5,2 % və Cənub-Şərqi Asiyada isə 5,3 % olması gözlənilir ki, bu da qlobal orta göstəricidən xeyli aşağıdır.

Bunun əksinə, 2023-cü ildə Cənubi Asiyada inflyasiyanın 23 %, Cənubi Amerikada 25 %, Şimali Afrika 32 % və Şərqi Afrika 35 % olmaqla qlobal orta göstəricidən yüksək olacaq.

Qeyd edək ki, sorğuda 133 ölkədən 1 537 iqtisadçı iştirak edib.

Son xəbərlər

Orphus sistemi