“İcraçı Kredit Agentliyi” BOKT-un təsisçilərinin sayı azalıb, pay bölgüsü dəyişib

Maliyyə
  • 19 sentyabr, 2023
  • 12:09
“İcraçı Kredit Agentliyi” BOKT-un təsisçilərinin sayı azalıb, pay bölgüsü dəyişib

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 6,95 %-nə nəzarət edən “Şahsevən Kredit İttifaqı” MMC payını satıb.

“Report” bu barədə BOKT-a istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, “İcraçı Kredit Agentliyi” nizamnamə kapitalını 71 001 manat və yaxud 28,05 % artıraraq 253 165 manatdan 324 166 manata çatdırıb. Son nəticədə BOKT-un təsisçilərinin sayı azalıb, pay bölgüsü dəyişib. Beləliklə, yeni pay bölgüsü aşağıdakı kimidir:

Arif Əliyev – 43,58 % (əvvəl 33,85 %);

Mehman Qurbanov – 13,48 % (əvvəl 13,03 %);

Siyavuş Verdiyev – 11,85 % (əvvəl 13,84 %);

“Aşıxlı Kredit İttifaqı” MMC – 8,02 % (əvvəl 7,75 %);

“Masallı Kredit İttifaqı” MMC – 7,18 % (əvvəl 6,93 %);

Vidadi Musayev – 3,59 % (əvvəl 3,47 %);

Samir Cəlilov - 3,02 % (əvvəl 2,92 %);

Səbinə İsrafilova – 2,44 % (əvvəl 2,36 %);

Tahirə Qurbanova – 1,60 % (əvvəl 1,55 %);

Fatma Abbasova – 1,33 % (əvvəl 1,29 %);

“Yeni Daşkənd Kredit İttifaqı” MMC – 1,33 % (əvvəl 1,28 %);

İlham İsrafilov – 1,30 % (əvvəl 1,26 %);

“Astanlı Kredit İttifaqı” MMC – 1,06 % (əvvəl 1,03 %);

“Azərbaycan Kredit İttifaqları Assosiasiyası” – 0,21 % (əvvəl 0,21 %).

Təsisçilərdən Arif Əliyev BOKT-un Müşahidə Şurasının sədri, Samir Cəlilov İdarə Heyətinin (İH) sədri, Siyavuş Verdiyev isə İH-nin üzvüdür, “Astanlı” kredit ittifaqı ləğv prosesindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti