"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis mənfəəti 15% azalıb

"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis mənfəəti 15% azalıb İnvest-AZ İnvestisiya Şirkəti QSC 2019-cu ili 556 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
27 Aprel , 2020 11:54
İnvest-AZ İnvestisiya Şirkətinin xalis mənfəəti 15% azalıb

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2019-cu ili 556 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 15% azdır.

Ötən il "İnvest-AZ"ın əməliyyat gəlirləri 3,7 milyon manat (illik müqayisədə 4,6% az), əməliyyat xərcləri 2,9 milyon manat (3,95% az), məzənnə fərqindən zərəri 32 min manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 199 min manat (2,6% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "İnvest-AZ"ın aktivləri 11,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,1% azalaraq 9 milyon manata düşüb, balans kapitalı isə 24,7% artaraq 2,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 40,9% artaraq 2,3 milyon manata çatıb.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. İnvestisiya şirkətinin səhmlərinin 74%-i Elşən Quliyevə, 26%-i isə Ceyhun Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi