Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) bu gün, fevralın 2-də keçirdiyi iclasında monetar siyasətin əsas parametrlərini dəyişməmək qərarına gəlib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, BoE uçot dərəcəsini 0,25% səviyyəsində sabit saxlayıb.
Bununla yanaşı, bank maliyyə bazarlarından aktivlərin alınması üsulu ilə monetar genişlənmənin illik həcmini də dəyişdirməyərək 435 mlrd. funt sterlinqdə (550 mlrd. ABŞ dolları) saxlayıb.
Qeyd edək ki, BoE-nin qərarı bazar iştirakçılarının proqnozları ilə eyni olub.