İMF: Bu il qlobal iqtisadiyyat 3,5% böyüyəcək

İMF: Bu il qlobal iqtisadiyyat 3,5% böyüyəcək Bakı. 21 yanvar. REPORT.AZ/ 2019-cu ildə qlobal iqtisadi artım 3,5%, 2020-ci ildə isə 3,6% olacaq.
Maliyyə
347
21 Yanvar , 2019 17:31
İMF: Bu il qlobal iqtisadiyyat 3,5% böyüyəcək
Sputnik/ Natalia Seliverstova

Bakı. 21 yanvar. REPORT.AZ/ 2019-cu ildə qlobal iqtisadi artım 3,5%, 2020-ci ildə isə 3,6% olacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hazırladığı “World Economic Outlook” (WEO) hesabatında deyilir.

Bu, 2018-ci ilin oktyabrında açıqlanan eyni adlı hesabatda göstərilən rəqəmlərdən müvafiq olaraq 0,2%0,1% aşağıdır.

İMF hesab edir ki, 2018-ci ildə qlobal genişlənmə zəifləyib. Qeyd edək ki, ötən ilin oktyabrında yayımlanmış WEO-ya görə, 2018-ci ildə qlobal iqtisadi artımın 3,7% təşkil edəcəyi proqnozlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi