"Holcim (Azerbaijan)" bu ilin əvvəlindən bazar dəyərini 18% itirib
- 22 sentyabr, 2018
- 07:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-də Bakı Fond Birjasında (BFB) "Holcim (Azerbaijan)" ASC-nin səhmlərinin alqı-satqısına dair 2 əqd bağlanılıb.
“Report” BFB-yə istinadən xəbər verir ki, əqdlər müəssisənin 40 və 126 səhmdən ibarət 2 səhm paketinin realizə edilməsini nəzərdə tutur.
Nominal dəyəri 20 manat olan qiymətli kağızlar 20,5 manatdan “əl dəyişdirib”. Bu, ilin əvvəlindən "Holcim (Azerbaijan)"ın bazar dəyərini 18% itirməsi deməkdir. Belə ki, bu il yanvarın 9-da BFB-də bağlanmış əqdlə bu səhmlər 25 manatdan alınıb-satılıb. Səhmdar cəmiyyətin 31 812 880 manatlıq nizamnamə kapitalının 1 590 644 səhm əsasında formalaşdığını nəzərə alsaq, sement istehsalçısının bazar dəyərinin 39 766 100 manatdan 32 608 202 manata düşdüyünü demək olar.