Hesablama Palatasının sədri SIGMA proqramının satınalmalar üzrə eksperti ilə görüşüb

Hesablama Palatasının sədri SIGMA proqramının satınalmalar üzrə eksperti ilə görüşüb Bakı. 25 yanvar. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Avropanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa İttifaqının birgə təşəbbüsü olan SIGMA proqramının satınalmalar üzrə baş məsləhətçi Daniel İvarssonu qəbul edib.
Maliyyə
25 Yanvar , 2018 10:16
Hesablama Palatasının sədri SIGMA proqramının satınalmalar üzrə eksperti ilə görüşüb
Sai.gov.az

Bakı. 25 yanvar. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Avropanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa İttifaqının birgə təşəbbüsü olan SIGMA proqramının satınalmalar üzrə baş məsləhətçi Daniel İvarssonu qəbul edib.

“Report”un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, görüşdə dövlət satınalmalarının ümumi dövlət idarəçiliyində xüsusi əhəmiyyəti və bununla əlaqədar kənar dövlət nəzarəti funksiyasının artan məsuliyyətləri barədə geniş müzakirə və fikir mübadiləsi aparılıb.

Həmçinin beynəlxalq ekspertlə “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin qəbul edilməsindən sonra dövlət satınalmaları üzrə kənar dövlət nəzarəti funksiyasının yeni və genişləndirilmiş səlahiyyət və məsuliyyətləri müzakirə olunub. Görüş zamanı, həmçinin, respublikada dövlət satınalmalarının idarə olunması sahəsində aparılan islahatlar, müvafiq qanunvericiliyin daha da inkişaf etdirilməsinin zərurəti və bu proseslərdə Ali Audit Qurumunun rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda hər iki tərəf SIGMA ilə Hesablama Palatası arasında dövlət auditinin gücləndirilməsinin zərurəti zəminində yaranmış əməkdaşlıq səviyyəsində razı olduğunu bildirib və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulanıb.

Son xəbərlər

Orphus sistemi