Hesablama Palatası: Təbii fəlakət risklərinin azaldılması məqsədilə risk xəritələri hazırlanmalıdır

Hesablama Palatası: Təbii fəlakət risklərinin azaldılması məqsədilə risk xəritələri hazırlanmalıdır Təbii fəlakət risklərinin azaldılması məqsədilə risklərin qiymətləndirilməsi, coğrafi mövqe və iqlim şəraitinin dəyərləndirilməsi, eləcə də risk xəritələrinin hazırlanması vacibdir.
Maliyyə
4 Oktyabr , 2024 16:56
Hesablama Palatası: Təbii fəlakət risklərinin azaldılması məqsədilə risk xəritələri hazırlanmalıdır

Təbii fəlakət risklərinin azaldılması məqsədilə risklərin qiymətləndirilməsi, coğrafi mövqe və iqlim şəraitinin dəyərləndirilməsi, eləcə də risk xəritələrinin hazırlanması vacibdir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasov Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.

O, həmçinin deyib ki, erkən xəbərdarlıq sistemlərinin yaradılmasına və insanların, qurumların əvvəlcədən məlumatlandırılması üçün müxtəlif alətlərə (müxtəlif tətbiqlər və SMS xəbərdarlıqları, alarm sistemləri, media) ehtiyac var.

Palatanın auditoru maarifləndirmə kampaniyalarının və təlimlərin əhəmiyyətini qeyd edərək, əhalinin ekstremal hava şəraiti, onun riskləri və necə davranmaq barədə məlumatlandırmanın vacibliyini vurğulayıb. O, məktəblərdə, iş yerlərində və ictimai yerlərdə müntəzəm təlimlərin keçirilməsinin və əhaliyə son məlumatlara rahat çıxış imkanının təmin edilməsinin önəmli olduğunu da sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi